Aşıq Nəcəf Əlimərdanlıya

Vikimənbə saytından
Jump to navigation Jump to search
Aşıq Nəcəf Əlimərdanlıya
Müəllif: Aşıq Seyid İbrahim
Aşıq Nəcəf Əlimərdanlıya
Mənbə: Şəhla Musayeva (2020). Köhnə ustadla yeni tanışlıq (az). archive.org. Yoxlanılıb 2020-04-19.


Biz peyğəmbər övladıyıq,
Sınaqlıyıq, Aşıq Nəcəf.
Arzu diləyin şadıyıq,
Soraqlıyıq, Aşıq Nəcəf.
 
Səcdə qılan var cəddimə,
“Əlif”, “Lam” oxşar qəddimə.
Tanrı nur saçır əhdimə,
Çııraqlıyıq, Açıq Nəcəf.

Ozanlığım müqəddəsdi,
Güvəncim saz ilə səsdi.
Gözləməyin məndən qəsdi,
Qıraqlıyıq, Aşıq Nəcəf.
 
Haqq kəlamı dilimizdə,
Xətabət saz əlimizdə,
Şad xəbərlər elimizdə,
Yaraqlıyıq, Aşıq Nəcəf.
 
Sözün dedi Seyid İbrahim,
Unudammaz bizi heş kim.
Dindir sazı, danışsın sim.
Varaqlıyıq, Aşıq Nəcəf.