Aşıq Pərinin Məhəmməd bəy Aşiqə cavabı
Görünüş
Aşıq Pərinin Məhəmməd bəy Aşiqə cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Şayəstədir, ey mürşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair odur, ustadından dərs ala,
Cəddü cinsi rədifü pərgar ola.
Şənilə şövkətin olsun bizəval,
Gərək xidmətində xidmətkar ola.
Səni sallam müəşşərin çənginə,
Arif bu yerlərdən xəbərdar ola.
Pəriyəm mən, eşq içində aşikar,
Arasında yaxşı səbəbkar ola.
Bu cəng mevdamnda eylərəm şikar,
Məhəmməd təki əgər səd həzar ola.