Aşıq Valehin şair Abdulla Canızadəyə cavabı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabı
Müəllif: Aşıq ValehAbdulla Canızadə
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir,
Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
Səfinin ziddi əzazil əzəl Abdulla,
Başımı əyməm ona, lənət ona müztərdir.
Ərşinə əlli kərə and içənə bax ki, mənə,
Eylə söylər ki, görən deyər özü peyğəmbərdir.
Özü Dəccal durur, könlü vəli- kəbə dilər.
Mömin indi Qalada, san burada Qənbərdir.