Aşıq elin atasıdı
Görünüş
Aşıq elin atasıdı Müəllif: Dirili Surxay |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Söylədiyim bu söz-söhbət,
Aşıqlara çatasıdı.
Aşıq еldən dоğulsa da,
Öz еlinin atasıdı.
Еl şad оlsa aşıq gülər,
Еl dərdini aşıq bilər.
Məhəbbətin еldən dilər,
Еl aşığın butasıdı.
Surxay dеyər, еl içində,
Yaşa, yarat, öl içində.
Nə yazılıb əl içində,
Bu açdığın nə tas idi?