Aşiq olduğum

Vikimənbə saytından
Jump to navigation Jump to search
Aşiq olduğum
Müəllif: Aşıq Rəcəb
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Səhərdən çıxdı yollara
Yoluna qurban olduğum.
Gəl bizə bir doğru danış,
Dilinə qurban olduğum.

Soyuq sular axar dağdan,
Qızıl güllər qoxar bağdan.
Əcayib qucmalı çağdan
Belinə qurban olduğum.

Kiçi Aşıq söylər halı,
Sənsiz neylər dünya malı?
Anası bir kaftar qarı,
Qızına qurban olduğum.