Məzmuna keç

Aşiqin dərdi

Vikimənbə saytından
Aşiqin dərdi
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Soraraq yıldıza, Aya,
Ararkən gözlərim səni;
Bənim kimi bir sevdaya
Düşən gördüm bir də bəni!

Nə zaman ki, insan oğlu
Azar qərib eldən yolu;
Bənim kibi gözlər dolu
Yaşla salamlar Vətəni!

Bəncə, dərdin ən yamanı
İtirmək dərd anlayanı!
Hər yetənə sordum hanı,
Göstər bir dərd anlayanı?!

Ah, ey gözəl elim, günüm,
Düşsə sənə bir də yönüm?!
Tanrım, olsun ən son günüm
Göstər bana “can” deyəni!

Ayrı düşdüm bən elimlə,
Gedən bulud, getmə, dinlə;
Ağla bana öz dilimlə,
Türk aşiqi söyləyəni!

Aşiqin bir el dərdi var,
Ellər oxur, ellər yazar!
Bən düzərəm , zaman pozar,
Göz götürm əz bu gülşəni!