Məzmuna keç

A dünya

Vikimənbə saytından
A dünya
Müəllif: Molla Cümə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Əzəl-axır başımıza belasan,
Həsrətin bağnmı kesdi, a dünya.
Duam budur; səni viran qalasan,
Meni qoydun könlü yaslı, a dünya.

Yar qoxusun dimağıma iylətdin,
Eşqə saldın, gecə-gündüz göynətdin,
Def çalıban meymvm kimi oynatdın,
Şəqqə vurdun deste-destə, a dünya.

Aynlıq naməsin yazdm dilimdən,
Məhəbbət tasmasın açdm belimdən,
Çəkibən, sevdigim, aldın əlimdən,
Çıxartdın kəlləmdən tüstü, a dünya.

Cahillik bəhrinə daşım atıbsan,
Kamalsızlar cergəsinə qatıbsan,
Ar-namusun bir qəpiyə saübsan,
Bəs degilmi, daha bəsdi, a dünya.

Axır verdim, atqaz etdin əızəmi,
Unutdürdun sənətimi, fərzimi,
İşin qanıb çevirmişəm yüzümü,
Molla Cümə səndən küsdü, a dünya.