A sayələndi
Görünüş
A sayələndi Müəllif: Abdulla Padarlı |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Təşrifi-yarımın sədası gəldi,
Şikəstə çırağım a sayələndi.
Fuladi-qəm idim var içindəykən,
Külli-şərarım a sayələndi.
Məst oluban durub ayağa, gedər,
Şərabi-nabdan ayağa gedər,
Vaxt olu ki, bir gün ay ağa gedər,
O kimdir ki, haqdan a sayələndi?
Firqət dəryasında Tanrı dağıtdı,
Fəzlət meydanmda Tanrı dağıtdı.
Nagəhan qəzadan Tanrı dağıtdı,
Ol dəm ki, səmadan a sayələndi.
Dedilər: yarımdan yox müşabehi,
Dedim ki, yalandır, yoxmuş a behi,
Görəydim aləmdə yoxmu şabehi,
Abdullah, gülşənin a sayələndi.