Məzmuna keç

A yazı belə

Vikimənbə saytından
A yazı belə
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Nəzər əyiləndə, iqbal yatanda,
Qananı qanmaza a yazı belə.
Kimin zimistanı nobahar keçdi!?
Məni də yandırır a yazı belə.

Öz əlinlə qoysan məni qara sən,
Al üstündən bağlayıbsan qara sən.
Sənsən salan bu zülmətə qara, sən,
Dağıt duman, çiskin, ayazı belə.

Həqiqi dost yandan beləmi keçər,
Kəmərin toqqası beləmi keçər.
Abdullanın ömrü beləmi keçər,
Qışı dərdü-möhnət, a yazı belə.