Abdulla Canızadənin Mirzə Həsən bəy Vəzirzadəyə cavab məktubu
Abdulla Canızadənin Mirzə Həsən bəy Vəzirzadəyə cavab məktubu Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey Həsən, ey gözəl üzlü, gözəl bədənli,
Ey vəfa gülüstanının təzə gülü, təzə yasəməni,
Ey kamal məktəbində şahlıq kitabın yazan,
Ey dürr mənalı şeirlər yazan,
Ələ qələm alıb, yazmağa başlayan zaman,
Qələmindən Çin müşkünün ətri səpilər.
Ey günəş, ey ay, ey təzə-tər gül dəstəsi,
Ey qəlbin təsəllisi, ruhun munisi,
Ey şirindilli tutiyə bənzər,
Məktubun çatdı bizə, şad etdi bizi!
Beytül-həzəndə Yəqub kimi nə qədər qalım?
Nə rəvadır ki, Yusifimiz məndən uzaq düşsün?
Nə rəvadır ki, ürəyim qəm içrə kabab olsun?
Mən bu Şuşada nə vaxtadək ağlar olmalıyam?!
Ey qədəmlərinə dürr kimi göz yaşı axıtdığım,
Sənə qurban olum, ömrün uzun olsun.
Sənin zülfün kimi qəm sövdan başımızda ikən,
Halımız şamü səhər pərişandır.
Ya öldür, ya da üstümüzə kölgə sal,
Ya de ki, eşqin avarəsivəm.
Sənin müştaqınam, sənə şöhrət arzularam,
İstərəm çatasan sən mənə, ya çatam mən sənə.