Ac qurdun nağılı
Nağıllar. Ac qurdun nağılı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri var idi, biri yox idi, bir qurd var idi. Bu qurd mahalda qoyun, keçi qoymurdu, yeyirdi. Amma yenə də ac idi. Günlərin bir günü şirlə pələng gedirdilər. Az getdilər, çox dayandılar, çox getdilər, az da-yandılar, qurdun daxmasına çıxdılar. Qapıdan içəri girəndə gördülər ki qurd böyrü üstə yatıbdı. Pələng ondan soruşdu:
– A qurd qağa, nəcəsən? Qurd dedi:
-Pələng qağa, üç gündü bir şey yemirəm, acam.
Şir dedi:
– Dur, bizimlə gedək, belkə qabağımıza bir şey çıxdı. . –
Qurd dedi:
– Yol getməyə məndə taqət yoxdu.
Pələng dedi:
– İndi ki, belə oldu, sən burda qal, biz gedək. Naharda özümüzü sənə yetirərik.
Şirlə pələng getdilər. Qurd onların getdiyini görən kimi yerindən qalxdı, o biri qazmaya getdi. O, iki quzu parçalayıb gətirmişdi. Quzuların ətini qabağına qoyup iylədi, yenə də öz yerinə getdi.
O biri tərəfdən pələng şirdən ayrılıb, qurd qağan üçün ov axtarmağa başladı. Az getdi, çox getdi, bir çayın qırağına çatdı. Gördü bir balıqçı çayın qırağında yatıbdı, yanında bir neçə yekə balıq var. Pələng bir o yana, bir bu yana baxdı, balıqları götürüb qaçdı, özünü qurd qağasına yetirib dedi:
– Qağa doğrudu, mən də acam, amma baxıb görürəmki, sən acından lap üzülürsən. Al bu ba- lıqları ye. Görək sonrası necə olur.
Qurd dedi:
– Çox sağ ol, pələng qağa, yoxsa lap acrından öləcəkdim. Pələng balıqları ona verib getdi. Qurd öz-özüne dedi:
“Yaxşıca peşə tapdım. Nə əlimi ağa, qaraya vuraram, nə də boz köpəyin üzünü görərəm.
Bu sarsağlar özləri ac qalar, ovladığlarını mənə verərlər”.
Qurd tez ayağa durdu, balıqları aparıb quzu ətlərinin yanına atdı. Özü də dovşanın yanına gedib dedi:
– Dovşan qağa, belə olmaz. Bostanların şirin yemişim yeyirsən, mənə vermirsən?
Dovşan dedi:
– Qurd qağa, bu il bostanlarda sən deyən yaxşı yemiş olmayıb ki, sənə də gətirəm. Məni bağışla.
Qurd dedi:
– Heç zad bilmirəm, gərək mənim payımı gətirəsən.
Qurd buradan bir baş qızılquşun yanına gedib dedi:
– Qağa on gün olar ki, mənə çolpa vermirsən, belə iş olar?
Qızılquş dedi:
– Çolpa yoxdu.
Qurd dedi:
– Bilmirəm, gərək mənə çolpa tapıb gətirəsən, yoxsa balalarını əlindən alacağam.
Bunlar burada qalsın, sənə deyim pələngdən. Pələng yol ilə gedirdi, gördü bir tülkü bir parça sümük gəmirir.
Pələng ondan soruşdu:
– Tülkü baba, nə yeyirsən? Tülkü dedi:
– Görmürsən?
Pələng tülkünün yanında yerə çöküb dedi:
– Tülkü baba bir qurd var, lap qocalıb, özü də acından ölür. Bayaq əlimə bir neçə balıq düş- müşdü, aparıb verdim ona.
Tülkü bərkdən güldü. Pələng ondan soruşdu:
– Niyə gülürsən? Tülkü dedi:
-O qurdda olan quzu ətləri məndə olsa idi, düz bir il yeyib yatardım.
Pələngin ona acığı tutub dedi:
– Yalan deyirsən. Tülkü dedi:
– Gəl mərc çəkişək, gedib yoxlayaq.
Tülkü ilə pələng mərc çəkib yola düşdülər. Yolda şirə rast gəldilər. Şir soruşdu:
– Hara gedirsiniz?
Pələng tülkünün sözlərini ona söylədi. Şir də bunlara qoşuldu. Yolda qızılquşa rast gəldilər. Qı-zılquş qanad sallayıb dedi:
– Tülkü baba, filan yerdə bir qurd var, lap bizi talayıb, çapıb.
Tülkü gülüb yoldaşlarına dedi: -Bubir.
Bir az gedib dovşana rast gəldilər. O da qurddan şikayətə başladı. Tülkü dedi:
-Buiki.
Pələng dedi:
– Tülkü baba, sən doğru deyirmişsən.
Tülkü, pələng, şir, dovşan, bir də qızüquş bir-birinə qoşuldular. Düz qurdun yanına gəldilər. Qurd bunları görən kimi qarnını qucaqlayıb yerə oturdu, guya acından lap ölür.
Pələng dedi:
– Qurd qağa necəsən?
Qurd dedi:
– Acından lap ölürəm. Sözünü qurtaran qurd özünü ölülüyə vurdu ki, çıxıb getsinlər. Tülkü tez irəli çıxıb dedi:
– Qağamız dünyada pis güzəran keçirib. Gəlin onu yaxşıca dəfn eləyək.
Tülkü tez bir qəbir qazıb dedi:
– Daha durmayın, gəlin, qurd qağamıza bir az ağlayaq.
Yalandan bir az ağladılar. Qurd gördü ki, xeyr, işlər şuluqdu. Bunların əlindən qaçıb qurtara bil-məyəcək.
Boğazı lap qurudu. Tülkü pələngə dedi:
– Götürün qurd qağamızın cəmdəyini qəbrə qoyaq.
Tez qurdu götürdülər.
Qurd özü-özünə dedi:
“Bayıra çıxanda qaçaram”. Tülkü işi duymuşdu, çox ayıq tərpənirdi. Qurdu qəbrə qoyan kimi-tülkü üstünü tez torpaqladı, qurd oradaca öldü.
Tülkü dedi:
– İndi qurd qağanızın qazmasını açın.
Tülkü dedi:
-Xainin özünü sağ basdırıb, malını da yeyərlər. Nə istəyirsiniz yeyin.
Qurdun ölüsünü yeyib üstündən su içdilər, sonra dağılıb getdilər.