Adəm əsiri-dəsti-məşiyyət deyilmidir
Görünüş
Adəm əsiri-dəsti-məşiyyət deyilmidir Müəllif: Yusif Nabi |
Adəm əsiri-dəsti-məşiyyət deyilmidir?
Aləm zəbuni-pənceyi-qüdrət deyilmidir?
Bu pərdənin dəruninə bax, iztirabı qoy,
Hər möhnətin vərası məsərrət deyilmidir?
Bəzli-həyat rahi-məhəbbətdə aşiqə
Təklif olunca canına minnət deyilmidir?
Yox gərçi sədmeyi-sitəmindən gürizimiz,
Əmma ki, dəsti-nazikə zəhmət deyilmidir?
Həp sənmi kamyab olacaqsan zəmanədən,
Ey təngçeşm, kar benovbət deyilmidir?
Möhtaci-rizai-xaliq ikən sərbəsər cəhan,
Məhluqdən niyaz məzəllət deyilmidir?
Nabi, zəbani-nitqim edən xameyi-məcaz
Məşşateyi-ərusi-həqiqət deyilmidir?