Adamcıl olmuş oğlan

Vikimənbə saytından
Jump to navigation Jump to search
Rəvayətlər. Adamcıl olmuş oğlan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir gözəl oğlan varımış. Bı oğlan hər gün gecə adamcıl olurmuş. Hələ qarannıx tüşməmiş arvadını çıxardırmış damın üsdünə ki, yat. Heylə eyliyirmiş ki, arvadı bilməsin bının adamcıl olduğunu. Bir gün arvadı yalannan özünü yuxuluğa vırır, bını pusur. Görür ki, əri yavaçca durdu, getdi kərmə qalağının arasınnan bir dəri çıxartdı, geyindi oldu adamcıl, çıxıp getti. Arvat da qarabaqara bını izdiyir. Görür ki, əri yolda bir adamı tutub başladı yeməyə. Arvad tez qəyidip gedir ağsaqqalın yanına, əhfalatı deyir. Ağsaqqal deyir ki, təndir sal, dərini də at təndirə yansın. Səhərisi obaşdan oğlan qəyidip gəlir. Dərini çıxarıb qalağa qoyur, genə həmən gözəl oğlan olur. Arvat bına deyir ki, çörəyimiz qurtarıp, gərəh yapam.

Durur təndiri salır, oğlan oyıza gedəndə tez qalağın arasınnan dərini götürüp atır təndirə. Oğlan o sahat özünü yetirir, başdıyır dəli kimi təndirin başında fırım-fırım fırranır. Dəri yandıxca bının nərəsi asmana dayanır. Əli hara yetişəcəh, dəri yanıp qutarır. Oğlan bir neçə gün xəstə olur, heş nə yemir, dinip-danışmır. Sora isə sağalır, ta adamcıl olmur.

Mənbə[redaktə]