Adamyeyən padşah haqqında hekayət
Nağıllar. Adamyeyən padşah haqqında hekayət Müəllif: Şifahi xalq ədəbiyyatı |
Şah Kalmaşapada Qanqı göydən yerə endirən Bhaqirthinin
nəticəsiydi. İgid adamıydı, onunla heç kim bəhsə girə bilmirdi.
Bir gün padşah ova çıxdı. Kolluqdakı ensiz cığırda müdrik Vasişthanın
böyük oğlu Şakti ilə qarşılaşdı. Şah zahidə əmr elədi ki,
yoldan çəkilsin. Amma müdrik zahid cığırdan çəkilmədi, zahidin
bu tərsliyi Kalmaşapadanın vüqarına toxundu, o, qəzəblənib
brahmana bir şallaq çəkdi.
Şakti ağılsız şaha lənət yağdırdı: “Sən mömin zahidlə rakşas kimi rəftar elədin! Buna görə də qoy bu gündən sənin nəsibin onun kimi insan əti yemək olsun! Bu gündən sən adamyeyənsən, ey şahların ən mənfuru!”
Dəhşətli lənətdən qorxuya düşən Kalmaşapada ondan aman dilədi. Ulu zahid Vişvamitranın yolu həmin vaxtlar Kalmaşapadanın hökmdarlıq elədiyi ölkəyə düşmüşdü. O, Ayodhyanın şahlığına gizli məqsədlə gəlmişdi: məqsədi rəqibi və qəddar düşməni Vasişthanı sıxışdırıb İkşvaku nəslinin hökmdarlarının sarayında baş kahin yerini tutmaq idi. Şaktinin lənətini eşidən Vişvamitra qəddar rakşasları Kalmaşapadanın yanına göndərdi və onlar şahın bədənində məskən saldılar. Vişvamitranın hiyləgərliyinin sayəsində Şaktinin lənəti həyata keçdi və yazıq Kalmaşapada özünün insanlıq simasını itirdi.
Kalmaşapada Vasişthanın oğlu brahman Şakti ilə bir də görüşəndə ona dedi: “Sən ki, məni bu dəhşətli lənətə düçar elədin, adam yeməyə elə sənin özündən başlayacağam!” O, Şaktinin üstünə atıldı, onu öldürüb ətini yedi, sanki pələng marala daraşmışdı. Vişvamitranın təhrikiylə o, Vasişthanın oğlanlarının hamısını bir-bir yedi.
Ulu zahid Vasiştha eşidəndə ki, hiyləgər Vişvamitranın təhrikiylə şah adamyeyən yüz oğlunun hamısının axırına çıxıbdı, dərdə batdı. Həyati ehtiraslardan əl çəkən zahid oğlanlarının qatilindən qisas almadı, dünyayla vidalaşmaq qərarına gəldi. O, Meru dağının zirvəsinə qalxdı, özünü zirvədən başıaşağı tulladı, elə bil daşlı-qayalı dərəyə yox, yumşaq yorğan-döşəyə düşdü və sağsalamat qaldı. Sonra Vasiştha cəzirəyə yollandı, talada tonqal qaladı və özünü tonqala atdı. Amma alov onu yandırmadı, tonqalın istisi müdrik üçün sərin mehə çevrildi. Daha sonra Varunanın dərdli oğlu boynundan ağır bir daş asdı və özünü dənizə atdı, amma dalğalar onu sağ-salamat geri, sahilə çıxartdı. İşi belə görən Vasiştha özünü öldürməkdən əl çəkdi və öz iqamətgahına qayıtdı. O, bomboş evində qərar tuta bilmirdi. Dərd onu üzüb əldən salırdı, buna görə də evdən baş alıb getdi. Gur sulu bir çayın sahilinə gəlib çıxdı, əlini, ayağını bağlayıb özünü çaya atdı. Amma çay bağı açdı və onu sahilə çıxartdı. Vasiştha çaya Vipaşa – Düyün açan adını qoydu.
Mənəvi əzabın ağırlığından can qurtara bilməyən zahid meşələr keçdi, dağlar ötdü, gəlib enli və dərin bir çayın sahilinə çıxdı. Çay dəhşətli timsahlarla doluydu. Vasiştha özünü öldürmək məqsədiylə çaya tullandı, amma timsahlar ona toxunmadılar, çay isə yüz axına parçalandı, dayazlaşdı və müdrik zahid yenə də sağ-salamat qaldı. O vaxtdan çay Şatadru – Yüz qola ayrılan çay adlanır. Yenidən quruya düşən Vasiştha iztirab içində qışqırdı: “Bu nə zülümdü mən çəkirəm, özümü öldürə də bilmirəm!” O, yenidən evinə üz tutdu. Evinə yaxınlaşanda səs eşitdi, kimsə Veda himnini oxuyurdu. Səs böyük oğlu Şaktinin səsinə oxşayırdı. Müdrik zahid öz iqamətgahına tələsdi. Orada Adrişyantidən, dul gəlinindən başqa heç kim yox idi. Vasiştha soruşdu: “Şaktinin səsiylə Vedanı oğlunun bətnimdə gəzdirdiyim övladıdır. Uşaq hələ dünyaya gəlməyib, amma bütün müqəddəs kitabları əzbər bilir. Ey Vasiştha, o, ulu müdrik olacaq!” Qəlbini sevinc bürüyən Vasiştha qışqırdı: “Mənim nəslim kəsilməyəcək!”. Bu xəbər onun kədərinə son qoydu və müdrik zahid ölüm qəsdindən birdəfəlik vaz keçdi.
Amma günlərin bir günü oğlanlarını yeyən şah Kalmaşapada onun iqamətgahına yaxınlaşdı. Adrişyanti onu görüb qorxuya düşdü, titrəyə-titrəyə Vasişthaya dedi:
– Qaniçən rakşas elə gəlir ki, elə bil ölüm tanrısıdı! Məni və gələcək nəvəni xilas elə, ulu müdrik!
Vasiştha ona təskinlik verdi: – Qorxma, qızım, gələn rakşas deyil, müdriklərdən birinin lənəti sayəsində tilsimlənmiş şah Kalmaşapadadır. O, sənə toxuna bilməyəcək. Müdrik Vasiştha ovsun oxuyub Kalmaşapadanı dayandırdı, sonra üstünə müqəddəs su çilədi və on iki il şahın bədənində yaşayan rakşasları qovdu.
Lənətdən azad olan Kalmaşapada özünün əvvəlki halına qayıtdı, sevinc içində müdrik Vasişthaya alqışlar dedi. Zahid üzünü ona tutdu:
– Ey şah, çıx get paytaxtına, camaatla ədalətli rəftar elə. Ey Kalmaşapada, bir daha brahmanları təhqir eləmə!
Kalmaşapada nəcib Vasişthaya söz verdi ki, indən belə göyərçini istəmə. Söylə, söylə, bu quşun əvəzinə məndən nə istəyirsən? Şahin dedi:
– Ey şah, sən ki, bir qaşıq qanından ötrü tir-tir əsən quşu xilas etmək istəyirsən, gəl onda belə danışaq: quş ağırlığında bədənindən ət kəs ver mənə. Qoy sənin ətin mənim, arvadımın və uşaqlarımın azuqəsi olsun.
Uşinara göyərçinin şərtinə həvəslə razılıq verdi. Gözünü qırpmadan bədənindən bir parça ət kəsdi, ölçüb gördü ki, göyərçin ağırdı, çəki düz gəlsin deyə, bir parça ət də kəsdi. Qanı axa-axa bədənindən kəsdiyi iki parça ətlə göyərçini tutuşdurdu və əli üzündə qaldı, çünki göyərçin yenə ağır gəlirdi. İşi belə görən Uşinara dalbadal bədənindən parça-parça ət kəsməyə başladı, amma hər dəfə göyərçin daha ağır gəlirdi, bir azdan şahın bədənində bir tikə də ət qalmadı. Nəhayət, şahin dilə gəlib Uşinaraya dedi:
– Ey mömin Uşinara, bil və agah ol: mən İndrayam, bu göyərçin isə tanrı Aqnidi. Bizim qəsdimiz sənin mərhəmətini sınamaq və haqqında gəzən söz-söhbəti yoxlamaq idi. Ey ədalətli şah, bu gündən sənin şöhrətin günəş kimi işıq saçacaq və bütün kainata yayılacaq. Adamlar həmişə sənin haqqında əfsanələr söyləyəcəklər, səninsə nəsibin göylər olacaq.
Qüdrətli İndranın dediklərinin hamısı həyata keçdi. Ləyaqətli şahın şöhrəti əsrlər boyu xalqın qəlbində yaşadı.