Adamyeyən uşaq
Görünüş
Rəvayətlər. Adamyeyən uşaq Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir arvadın uşağı iki aylığında diş çıxardır. Pütün camahat məhətdəl
qalır, başdıyıllar bı uşaxdan qorxmağa. Əvdə tək olanda doğmaca
anası da bınnan qorxurmuş. Uşağı döşdən kəsillər, inəh, keçi
südüynən bəsliyillər. Ta uşağın südünü yetirmək olmurmuş.
Bir gün uşax dil açıp çörəh isdiyir. Qorxudan anasının ürəyi
partdıyıb ölür. Uşax anasının da gücünü oğurruyup çıxır kəndə.
Başdıyır adamnarı tutub yeməyə. Bir neçəsin yeyir, sora qəzəbdən
özünün də ürəyi partdıyır.