Addım-addım
Görünüş
Addım-addım Müəllif: Şair Nəbi Borçalı |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Mən ilqar eylədim yara-Gülşana,
Lalələr seyrinə var addım-addım.
Könül sakin oldu gül çöhrəsində,
Bir yetir dəstini dər, addım-addım.
Hər nə desən sözlərinə qayiləm,
İşar etsən dost bağında sayiləm.
Nə müddətdi camalına mayılam,
Saxla qədəmini, dur, addım-addım.
Göstərdi camalın, niqabın açdı,
Ağıl heyran olub, xəyalım çaşdı.
Yüz min işveyi-nazınan keçdi,
Sallandı qarşımdan, yar addım-addım.
Şair Nəbi bu kəlamın nə qəsdən,
Sən dedin sinəmin üstündə bəstən.
Keçirdin baharı, gəldi zimistan,
Bürüyüb dağları qar addım-addım.