Məzmuna keç

Aftabi-tələtin tutduqca övci-irtifa

Vikimənbə saytından
Aftabi-tələtin tutduqca övci-irtifa
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.171.

Af’tabi-təl’ətin tutduqca övci-irtifa’,
Qətli-əhli eşqə tiği-qəmzədir ondan şüa’.

Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,
Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.

Zərq dəryasında bir xaşakdır kim, cizginir
Sufiyi-şəyyad kim, dövran tutub eylər sima’.

Keçdigim dünyavü üqbadən səninçün oldu faş,
Doğru derlər: “küllü sirrin cavəzəl-isneyni şa’”.

Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,
Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.

Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl,
Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.

Ey Füzuli, axirət mülkünə lazımdır səfər,
Böylə fariğ, təqvadən mühəyya qıl məta’.