Ah, sənsiz olduğum o bəyaz gecələr
Görünüş
Ah, sənsiz olduğum o bəyaz gecələr! (2000) Müəllif: RAUF CAVAD |
Ah, sənsiz olduğum o bəyaz gecələr!
Verir ağrı, dərdlidir ayaz gecələr!
Yuxu çəkilib ərşə düşünür səni!
Xəyal qurur! Edir fikrə naz gecələr!
Düşündükcə çoxalır arzu-istəklər,
Al qələmə bu dərdi! Sən yaz gecələr!
Yoxdurmu məgər səndə vəfa eşqimə?!
Yandırırsan bu könlü, Gülnaz, gecələr!
Yanığlıdır ruhum ağrayır bədəndə,
Gəlməzmi görüşə, Bahar-Yaz gecələr?!
Bir öpüş ver ey nazlı Gül! Gül üzümə!
İstərəm olsun bu gecə saz, gecələr!
Hər dərdimə dərmandır nazlı baxışın,
Bəsdir artıq naz etdin ehtiraz gecələr!
Oxusan əgər bu gecə bu yazını,
Çağır gəlsin Raufu, Çimnaz, gecələr!
...Müəllif:Rauf Cavad