Məzmuna keç

Ah kim, qalmadı can cismdə canan gedəli

Vikimənbə saytından
Ah kim, qalmadı can cismdə canan gedəli
Müəllif: Abdulla Canıoğlu
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ah kim, qalmadı can cismdə canan gedəli,

Oldu hər yerdə ki, canan gedəli, can gedəli,

Tutdu zulmət goz evin şəmi-şəbistan gedəli,

Oldu viranə konul kişvəri, sultan gedəli,

Yəni sərdari-cahan, sərvəri-dovran gedəli.

 

Gul uzun gorməyəli olmadı xəndan gullər,

Şəra odlara yanıb, başına qoydu kullər,

Zulfı sovdasi ilə dərhəra olub sunbullər,

Necə fəryadu fəğan eyləməsin bulbullər –

Ki, olub xar ilə həmdəm guli-xəndan gedəli.

 

Cərx rəhm eyləmədi dideyi-giryanımıza,

Qoydu həsrət bizi ol şəmi-şəbistanımıza,

Atəşi-bicr ilə od saldı bizim canımıza,

Sancılıb navəki-qə sineyi-suzanımıza,

Guşeyi-ceşmdən ol kipriyi peykan gedəli.

 

Cıxdı cun Şişədən ol mahliqa misli-gulab,

Şişə əhlinə bu vəclı ilə həram oldu şərab,

Sındı başlarda həva şişəsi manəndi-hubab,

Oldu aləmdə fərəh gulşəni bumərrə xərab,

Uzu gul, kakili sunbul, xəti reyhan gedəli.

 

Cəkəli bəzmdən ol ləbləri meygun ətəyin,

Doldurub qan ilə sağər dili-purxun ətəyin,

Əşk seylabı tutar aşiqi-məhzun ətəyin.

Nalə fəryadu fəğanım tuta gərdun ətəyin –

Ki, qara oldu gunum ol məhi-taban gedəli.

 

Mənəm ol qumriyi-miskin ki, salıb aləmə səs,

"Sərv ku-ku" deyərəm huzn ilə ta qəti-nəfəs,

Abu danəm ələmu qussə, yerim kunci-qəfəs,

Bir zaman eyləməzəm seyri-gulustanə həvəs,

Səhni-gulzardan ol sərvi-xuraman gedəli.

 

Məqsədim rovzeyi-kuyində budur şamu səhər –

Ki, bula feyzi-vusalında ziya dideyi-tər,

Ola xaki-qədəmin surmeyi-ərbabi-bəsər,

Qılasan gulşəni-kuyində olan murə nəzər,

Gorəsən kim, necədir halı Suleyman gedəli.