Aləm görsənir gözəl, məna gözlərdə
Görünüş
Aləm görsənir gözəl, məna gözlərdə! (1997) Müəllif: RAUF CAVAD |
Gizlidir min cür gözəl əna, gözlərdə,
Nədir bu məna gözü, rəna gözlərdə?
Görər Aşiq gerçəyi, göyçək gözləri,
Sevər qəlbi Dilbəri, fəna gözlərdə.
Aşiqdir göz yarın hüsnü-camalına,
Zülfündə bəzənib rəng, həna gözlərdə.
Dəli-divanə kəs nə anlar gözlərdən?
Hara baxsa Leyla, o səna gözlərdə.
Bu Fərhad, Şirinin gözlərinə məftun,
Bulmuş həqiqəti, pürməna gözlərdə.
Əsli Aşiq, Məşuqun sözünə vurğun,
Kərəm lütfüdür söz, qürəna gözlərdə.
Görər hər şeyi gözəl, səbəbdir gözlər,
Aləm görsənir gözəl, məna gözlərdə!
Öyrədir sirrin Rauf hər hərf mənanın,
Əlifbanın ilk hərfi Mən, A gözlərdə!
...Müəllif:Rauf Cavad