Məzmuna keç

Aləmdə var aşiqidən bir mənəm sənə

Vikimənbə saytından
Aləmdə var aşiqidən bir mənəm sənə
Müəllif: Həsənəli xan Qaradaği


Aləmdə var aşiqidən bir mənəm sənə,
Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.

Tərk etmə sən məni, səni mən tərk etmənəm,
Cismimdə ruhsan, gözəlim, mən tənəm sənə.

Malım nisar yüz min ola, canım, istərəm
Bir qəmzən ilə gər alasan, dinmənəm sənə.

Göydən nə qədər yensə bəla cana istərəm,
Ey mən fəda sana birisin qıymənəm sənə.

Sən məndə, mən də səndə - Qaradaği zikridir,
Daim müqərrəbəm, deməzəm, mən genəm sənə.