Məzmuna keç

Al üstən-üstən

Vikimənbə saytından
Al üstən-üstən
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.77

Başına döndüyüm telli Şamama,
Dərdim çoxdu mənim, al üstən-üstən.
Qaşların qələmdi - alır canımı,
Nə əcəb düzülüb tel üstən-üstən.
 
Dürr kimi düzülüb üzə xalların,
Bəzənib qızıla ağ barmaqların.
Əmən ölməz sənin dil-dodaqların,
Əzilibdi şəkər-bal, üstən-üstən.
 
Qurbanın canısan, həm ciyarısan,
Cənnət bağçasının alma, narısan.
Mən öləndə bir qədəm bas, barı sən,
Sallan keç qəbrimin gəl, üstən-üstən.