Ala gözlərinə sürmələr çəkmiş
Görünüş
Ala gözlərinə sürmələr çəkmiş Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sabahdan uğradım mən bir gözələ
Ala gözlərinə sürmələr çəkmiş.
Daramış zülfünü tökmüş bir yana
Salı vermiş incə belin üstünə.
Bir xoş, bir xoş durur əda naz kimi,
Arxasında saçı tel-tel saz kimi,
Xas baxça içində top nərgiz kimi,
Qaralarmı geydin alın üstünə?
Alma-alma yanaqları al kimi,
Boynu uzar, gedər, sərvi dal kimi,
Səhərdə açılan qönçə gül kimi,
Sandım qan damlamış qarın üstünə.
Çıxa-çıxa çıxdım yoluna vardım,
Verdiyi çevrəni qoluma sardım.
Uğrunda ölümü gözümə aldım
Divanına durdum yolun üstünə.
Çəkiverdim gücü gücün içinə,
Al qərənfil taxmış sünbül saçına.
Ömrümü qoymuşam fərman bacına
Yarım sultan olmuş elin üstünə.