Alabaxta quşu
Rəvayətlər. Alabaxta quşu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Keçmiş əyyamlarda bir qız varmış. Bir bəy oğlu da qıza bənd
olubmuş. Amma Alabaxtanın onu görməyə gözü yoxmuş.
Bəy oğlu bilir kin, bu söyda baş tutan deyil. İstəyir bir aralığı xəlvətə
salsın, qızı götürüb qaşsın. Bəy oğlu Alabaxtanı çox izləyir, çox
fürsət gözləyir. Axır günlərin bir günündə Alabaxtanı təklikdə tutur.
Cumur onun üstünə kin, atın tərkinə alsın, aradan çıxarsın. Nə qədər
çalışırsa, qızı atın tərkinə qaldıra bilmir. Bəy oğlu görür kin, bu xəbər
hər yana yayılacaq, biyabır olacaq kin, bir qız nədi, qaçırda bilmədi.
Ona görə də Alabaxtanı elə oradaca öldürür. Ancaq bəy oğlu Alabaxtanın
ölüsünü görə bilmir. Qız quş olub uçur. Alabaxta adlı quş bəy
oğlunun öldürdüyü həmin qız imiş. İndi bu quş koldan-kola uçauça
hal-qəziyyəsini car çəkib oxuyur, bəy oğluna nifrin yağdırır:
Alabaxtayam, Alabaxta,
Sinəm olub taxta-taxta.
Məni vuran bəy oğlu,
Qan qussun laxta-laxta.
Alabaxtanı vurmaq, ona daş atmaq olmaz. Yoxsa qarğıyar. Alabaxtanın qarğışı da tez keçən olur.