Aldığım

Vikimənbə saytından
Aldığım
Müəllif: Aşıq Qurbani
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Səhərin dan yeli kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü qərarımı,
Kəsmə, qadasın aldığım!

Bizim bağda gül dərginən,
Sıx könlünə, tel hörginən,
Ağ üzdən busə verginən,
Əsmə, qadasın aldığım!

Qurbani aşıiq üzünə,
Qurbandı ala gözünə,
Baxma yadların sözünə,
Küsmə, qadan aldığım!