Aldı, getdi
Görünüş
Aldı, getdi Müəllif: Əmin Abid Gültəkin |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Könül baxçasında bir qönçə vardı:
Onu da bir zalım yel aldı, getdi.
Ordakı hər sabah şəbnəm ağlardı,
İndi o cənnəti sel aldı, getdi!
Azəri qızı, ey nazənin gözəl,
Nə oldu bizləri yaşadan əməl?
Öpüb qoxlamadan yabançı bir əl
Saçından iki, üç tel aldı getdi...
Ey qəlbinə ələm dolan sevgilim,
Hər addımda könlü solan sevgilim,
Öz yurdunda qərib olan sevgilim,
O yuvanı hanki əl aldı, getdi?..