Aldı gülzar içrə su əksi-üzari-alini
Görünüş
Aldı gülzar içrə su əksi-üzari-alini Müəllif: Məhəmməd Füzuli |
Aldı gülzar içrə su əksi-üzari-alini,
Çəkdi güllər surətin mənzur edib timsalini.
Adın etmiş gün, alıb bir əks mirati-fələk,
Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini.
Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək,
Ol mələk kim, yazmaq istər nameyi-əmalini.
Seyli-xun xalın xəyalilə pozub göz mərdümün,
Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini.
Mürği-dil qalmadı kim, seyd olmadı, ey şux çeşm,
Sakin et pərvazdən şəhbazi-mişginbalini.
Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi,
Mən qıl xunrizlikdən qəmzeyi-qəttalini.
Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah!
Lütf qıl, məndən götürmə sayeyi-iqbalini.
Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın sənin,
Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.