Məzmuna keç

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Vikimənbə saytından
(Aldanmaram ki, doğrudur ayinin ay, ey əmu! səhifəsindən istiqamətləndirilmişdir)
Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 150. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Kəssin məni, həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimdir dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimidir dinin, ey əmu?

Qəlbin kimi siyah edəməzsən məhasinin,
Cumma hənaya boşla bu təlvinin, ey əmu?

Sövmü səlatdan sənə gər çıxmasaydı pul
Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?

Tikmə namazını gözümə bir cida kimi,
Göstər müamiləndəki təyinin, ey əmu!

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 105