Allı qız
Jump to navigation
Jump to search
Allı qız Müəllif: Aşıq Fətulla |
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub. |
Xətrinə dəyməsə, bir söz deyərəm,
Zər-ziba geyinən yaşıl, allı qız.
Ətirli buxağın gül qönçəsidi,
Ləbi şirin, dodaqları ballı qız.
Ürəyim açılar olsan mənə yar,
Çıxar bu könlümdən, gedər qəm-qubar,
Eşqindən olubdu dünya mənə dar,
Şirindil, şirinsöz, xoş xəyallı qız.
Fətulla aşıqdı, ilqarda düzdü,
Oxların sinəmdə əllidi, yüzdü,
Başına döndüyüm ay ala gözlü,
Ağ buxağı dana-daııa xallı qız.