Allahın aslanına
Görünüş
Allahın aslanına Müəllif: Xəstə Hasan |
Mənbə: [1] |
Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.
Gecə-gündüz könlüm istər, dilim eylər iltica.
Qapında bir ac doydurasan, elə bir getdin Haca,
Cəbrayıl ki, vəhy gətirdi, “ay Rəsul, gəl sən Mehraca”
Xətəbin nişan verdi, Allahın aslanına.
Cimcimədən yol eyləyib, Qəhqaha kəmənd atan,
Məhəmməd Əli Mürsəlin Abu Talıbdır atan,
Gecə-gündüz cəng eyləyib qolunda qana batan,
Sayılı borşdan qurtarıb, başın nəffara satan,
Yoxdur ki, sənin kimi ər, ərənnər meydanında.
Aşıq oldum, dünya gəzdim, doymadım dünyadan hələ.
Onun tər camalına cənnətdən alma gələ.
Almanın çarpa qılasan, əlində üzüm qala,
Bü dünya belə yaranıb, çoxların yola sala,
Gəl ey Xəstə Hasan, üz vurmaginan, çıx sofu damanına.