Allahın nemətləri

Vikimənbə saytından
Jump to navigation Jump to search
Allahın nemətləri
Müəllif: Mirzə Əli Möcüz

Gözün aç, Möcüza, qıl bir nәzәr әltaf yәzdanә,
Tamam etmiş xuda nemәtlәrin biz әhli-İrәna.
Çubuq, siqar vә qәlyan verib, hәm bәng, hәm әfyun,
Şәrabü çayü qәhvә, meykәdә, hәm şirәkeşxanә.
Yaratmış mehriban allah hәr әsnafә belә bir daş,
Sәqәt, Tәbrizi, Zәngani düsәd[1], bәh-bәh bu ovanә!
Tәsuci, Xungәri, Dilmani, Tehrani tәalallah....
Vә sәngi Әrvәnәq, put afәrin olsun o rәhmanә.
Vә Şah әbdul Әzimü, Kazimeynü Kәrbala, Mәkkә,
Xorasan, Samirә, Bağdad, Mәdinә, Şamşahanә.
Yaratmış bir peyәmbәrlә bәrabәr bir sürü imam
Vә bir dәccal, hәm bir Sahibzaman biz әhli-İranә.
Pazәhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qәrә sәqqәl
Sәri üryan, miyanbirçәk bәnaguş, anladın, ya nә?....
Orucluq, mahi-matәm, әrbәinü, ruzi aşura,
Kәfәn, qәddarә, meydan, tәbl, istehzayi-biganә.
Dәxi etmiş nәlәr ehsan xüsusәn bizlәrә xaliq?
Fәqanu nalәvü zәncirü sillә, qәlbi viranә.
Bizә etmiş fәqәt әşki-bәsәrlә rozәxan ehsan,
Nә türkә eylәmiş ehsan, nә әfqanә, nә yunanә.

İstinadlar[redaktə]

  1. İranda hər şəhərin özünəməxsus çəki daşı olmasına işarədir