Allah qoysa!
Allah qoysa! (15.06.1999-01.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Hüseyn Kürdoğluya
21 il bundan öncə yazılmış və mənim 2010-cu ildə işıq üzü görmüş “Hicran ömrü” kitabımda yer alan (səh. 158) bu şeiri Laçının azad olunması münasibətilə bir daha paylaşıram.Tanrıya şükürlər olsun ki, mənim öngörümümü gerçəkləşdirdi. Şeirin həsr edildiyi mərhum dostum və ustadım, gözəl şairimiz Hüseyn Kürdoğlu həyatda olmasa da, onun övladları yəqin ki, mənim son beytdəki arzumu yerinə yetirərlər... |
Yenə dağ başına qartal çıxar Allah qoysa!
Düşmənin növrağını Haqq yıxar, Allah qoysa!
Ağlamaz tapdağı altında o murdar yağının,
Çeşmələr doğma çəməndə axar, Allah qoysa!
Alp ərən əl suyunu göstərəcək, düşmənimin
Təpəsindən çıxacaqdır buxar, Allah qoysa!
Neçə vaxtdır çeviribdir üzünü bizlərdən –
Tanrımız biz tərəfə bir baxar, Allah qoysa!
Bir zaman düşmənimiz dünyada sərgərdan idi,
Yenə çöllərdə qalıb vurnuxar, Allah qoysa!
Diz çöküb qarşımıza yüz kərə üzr istəyəcək,
Olacaq it kimi peşman və xar, Allah qoysa!
Yenə Kürdoğlu gəzər yazda Laçın dağlarını,
Döşünə dəstə bənövşə taxar, Allah qoysa!