Məzmuna keç

Allatdı məni

Vikimənbə saytından
Allatdı məni (19.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Qarabağa kabab iyinə gəlmiş, Azərbaycan igidlərinin ütülmüş kəlləyə döndərdiyi “könüllü” erməni dığasının dilindən:


Nə işim vardı Qarabağda, xaç allatdı məni!

Taxtı çönsün başına, asdıvaç allatdı məni...


Dedilər ki, Bakıya yollanırıq tezlik ilə,

Türk qanı tökmək üçün xəncəri taxdım da belə.

“Qoç igidlər, irəli!” varpetimiz gəldi dilə:

“Yığacaqsız, - dedi, - siz bollu bac!” allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!


Yüz vurub tut arağınnan gecə girdik döyüşə,

Gəldi “yallah!” sədası, düşdü canım titrəyişə.

Yekə bir türk gədəsi on dığanı qatdı döşə,

Silahı atdı qaçan, qaçhaqaç allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!


Meşə çaqqallarıtək qaçdı hərə bir tərəfə,

Can hayında söyüb Artsaxı, tüpürdük şərəfə.

Bir kolun altına toplaşdı tamam əlli nəfər.

Gözümə türk görünən hər ağac allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!


Gəldi bir nərə səsi, bağrımızı qan elədi,

Dığalar zır vuraraq, “vay mama!” əfqan elədi.

Bir polad quş başımız üstünə cövlan elədi,

Çalağandır, dedilər, ya turac, allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!


Onda gördüm başıma yağdı alov güllə kimi,

Başımı, üz-gözümü qarsaladı şillə kimi.

Burnuma gəldi qoxu, guya ütük kəllə kimi,

Elə bildim bişirir kimsə xaş, allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!


Neçə yüz mən kimi axmaq beləcə getdi küyə,

Bilmədik ki, dura bilməz kələyə qarşı düyə.

Düz deyirmiş qoca varpet, budu, çatdıq Baküyə...

Yeyirik türmədə indi qalac... allatdı məni,

Nə işim vardı Qarabağda, xaç allatdı məni!