Alma (Qurbani)
Görünüş
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Alma (Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Üç ay yay dolanıb payız olanda,
Məst olub sığışmır budağa alma.
Lalədən, qönçədən artıq deyilsən,
Versənə nəfsinə qadağa, alma!
Səni yaradıbdı Cəlilü Cabbar,
Hüsnün kitabının adı kirdigar,
Özü xırdacana, dənəsi gülnar,
Narnan düzüləydin otağa, alma!
Sən ha Qurbaninin canın üzərsən,
Qaş oynadıb, gözlərini süzərsən,
Adətindi, əldən-ələ gəzərsən,
Yoxdu sana qoruq-qadağa, alma!