Altı daş, üstü aş

Vikimənbə saytından
Jump to navigation Jump to search
Altı daş, üstü aş
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva (2017). Nanaylı-halaylı dünyam (az). "SkyG". ISBN 978-9952-440-08-05. 2017 tarixində istifadə olunub.

Ana öz oğlunu çox, lap çox sevirdi. Heç vaxt istəmirdi ki, oğlu bir şeyi özünə dərd eləsin. Evdə olanları heç vaxt oğluna xəbər vermir, qanıqaralıq yaratmırdı. Əvəzində isə gəlin qaynanasından qurtulmaq üçün onun yemək yediyi qabın içinə bir ləpik (daş) qoyur. Qaynana süfrədə qabına bir qaşıq, iki qaşıq aparır, üçüncüdə yemək qurtarırdı. Doyunca yemək yeyə bilməyən ana günü-gündən zəifləyir. Bir gün anasıgilə qonaq gələn qızı bunun səbəbini anasından soruşur. Ana daş əhvalatını qızına danışır. Qız qardaşına demək istədikdə ana qoymur. Oğlunun ailəsində narazılıq yaratmaq istəmir. Qız bu dəfə anasını öz evinə aparır. Bir müddət qızıgildə qalan ana kürəkəninin etinasızlığına, kobudluğuna hər dəfə bəhanə axtarıb qanqaralıq yaratmasına dözə bilmir. Qızına deyir:
– A bala, apar məni öz evimə. Altı daş, üstü aş, yenə oğul yaxşıdı.