Məzmuna keç

Ana, möcüzə bir sözdür, ürəyi yandırar

Vikimənbə saytından
Ana, möcüzə bir sözdür, ürəyi yandırar (1994)
Müəllif: RAUF CAVAD

İstedad Anadan gəlir, keçir can balaya,
Borcludur, həyatı hər kəs, Sevgili Anaya.

Oğul-qız, alır güc-qüvvəni, bir can, Anadan,
Danılmazdır haqqı, çün məlhəmdir hər yaraya.

Hər kişinin mərd olmasına, səbəb Anadır,
Böyük zəhməti var, qayğı göstərib tarlaya.

Əziyyət çəkib gecə-gündüz, canım, can Ana,
Olsam qurban yoluna, yenə azdır, Rənaya.

Hər qadın xeylaqı, Ana, müqəddəs sayılmaz,
Xeyirxah əməl yazılır müqəddəs xanaya.

Cəmiyyətə zülm edən kəslər, Ana ki, saymaz,
Əzab verər bəşərə, əməl, oxşar qaraya.

Ana, möcüzə bir sözdür, ürəyi yandırar!
Yetişər dərd-halıma, sorağıma-haraya!

Başımın tacıdır Ana, saçları ağ, ağlar,
Gözləri qəmgin, bənzər xoş üzü nurlu aya.

Mehribandır, Ana balaya, Ata övlada,
Ödənilməz haqları, bənzəməyin bəlaya.

Gövhərdir qanana, qızıl kəlmədir can Ana,
Düşünün ki, Ana vətən deyilir haraya?

Quranda yazılıb ayə, hörmət edin kimə?
Hamıya , sizi bir Ana gətirib dünyaya.

Bəşərə can verib Rauf Allah, rəhmi Ana,
Hörmət edin hamıya, Haqq, qalmasın sonraya!