Məzmuna keç

Ana-bacı məğrur vüqarıdır yamacımın

Vikimənbə saytından
Ana-bacı məğrur vüqarıdır yamacımın (1994)
Müəllif: RAUF CAVAD

Solub gül çöhrəsi ay üzlü Mələk bacımın,
Dərd-qəm alıb aparıb, olmaz tayı acımın!
 
Ağlar hər halı ilə bacım ağrı-acıma,
Başım üstə durar, bər-bəzəyidir tacımın.

Bacı, Ana əvəzi sarar qanlı yaramı,
Kəsilib qol-budağı peyğəmbər ağacımın.

Bu dünya ki,var özəl, gözəlliyə bəladır,
Ana-bacı məğrur vüqarıdır yamacımın!

Vəfa göstərər yar doğru yolda qardaşına,
Bacım əhdimin ilqarıdır Həqq amacımın.

Edirəm canı qurban vətən-insan yoluna,
Çəkir bacı dərdi, miskin ac-yalavacımın.

Ailənin yanan çırağıdır gözəl bacım,
İşıq saçar qaranlığa nuru siracımın.

Bacı qardaşa Rauf tək mehriban Anadır,
Kimsəsiz bəşərə sevgi lazım meracımın!