Ana (Musa Cəlil)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ana (Musa Cəlil) Müəllif: Musa Cəlil |
Mənbə: Reyhan Mirzəzadə. "Moabitdə - faşist zindanında ucalan HAQQın səsi" (az.). "Həftə içi" qəzeti. 2016-02-10. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29. |
...Anamın uzanıb yatdığı tabut
Əbədi zülmətdir mənim gözümdə.
O çağdan qayğılar aldı könlümü,
Tabutun kölgəsi qaldı üzümdə
...Mərhum anaların göz yaşlarına,
Ürək ağrısına and içirəm mən,
Vətən sevgisinin nəbzimdə çarpan
Hər bir vurğusuna and içirəm mən.
Dibindən kəsərəm biləklərini,
Düşmən əl uzatsa azadlığıma.
Onun dırnağı da toxuna bilməz
Ana Vətənimə,doğma xalqıma.