Məzmuna keç

Ana Qanun, Rauf, Ata Ədalət, bəs insaf kim?

Vikimənbə saytından
Ana Qanun, Rauf, Ata Ədalət, bəs insaf kim?! (1994)
Müəllif: RAUF CAVAD

Ağla gözlərim ağla, Ana sözünə, can ağla!
Dilinə nifrət edən övlada, baxıb qan ağla!

Ana dilini sevməyən şəxs, necə nankor övlad,
Dilini bəyənmir, arı yox, ağla vicdan ağla!

Dilinə xor baxan namərd, necə anlamaz-qanmaz,
Danışığın düşünməz-bilməz, gəl ah-fəğan ağla!

Ana dilindən sevgi duymayan, necə lal-kar-kor,
Gələcək nəsilə, hörmətsiz baxışa yan ağla!

Dilinə gülən şəxs, Ana Vətəni sevməz o kəs,
Ana dilini dəyişən balaya, aman ağla!

Ana sözü şirindir, dil-ağızsız necə bilsin,
Dünənə-sabaha bulud olub çən-duman ağla!

Sinəsində ümid gəzdirər qadın, Əziz Ana,
Ağlayanda bala canı ağrıyar, qansan, ağla!

Sevgi ilə böyüdər əziz nazlı körpəsini,
Sevgiyə Ana layiq, öp əl-ayağından, ağla!

Dilin şirinliyinə səbəbdir Müqəddəs Ana!
Borcluyuq hamımız ona! Səsimi duyan ağla!

Ana Qanun, Rauf, Ata Ədalət, bəs insaf kim?!
Övlad şip-şirin, dilini bilməyən, oyan ağla!
         ...Müəllif:Rauf Cavad