Məzmuna keç

Ana yurdum, gözəl şəhərim İsmayıllı

Vikimənbə saytından
Ana yurdum, gözəl şəhərim İsmayıllı! (1993)
Müəllif: RAUF CAVAD

Ana yurdum, gözəl şəhərim İsmayıllı!
Səni sevirəm ey səhərim İsmayıllı!

Bu diyar qədim-ulu, Ata-Baba yurdum,
Ana vətəndə boy atdım, kəndimi buldum!
Xalqıma arxa-dayaq, igid əsgər oldum,
Düşmənə kəpər olub qarşısında durdum!
Hər insanı vətənpərvərim, İsmayıllı!

Şah İsmayildan qalıb yadigar bu diyar,
Əsrlər keçib hələ də onun nişanı var!
Ucadır Baba dağının ali zirvəsi,
Gəl seyr et mənzərəni ey Allah bəndəsi!
Əziz və hörmətlidir Kərim İsmayıllı!

Dövr edir bu dünya öz oxu ətrafında,
Ziyarət edir yer-göy Əli ayağın da!
Dur ayağa, qalx divana, çıx qarşısına,
Gəl təmaşa eylə Cavanşir qalasına!
Əcəb seyri səfadır Pərim İsmayıllı!

Lahıca gedən yollar, mütləq dağlar aşar,
Havada duman varsa, gözlər yolun çaşar!
Kim ki, pənah gətirib, nədən qorxub qaçar,
Gəlib İsmayıllıya, Lahıca sığınar!
Yardan ver soraq, xoş xəbərim İsmayıllı!

İsmayıllının çoxlu gözəl kəndi vardır!
Müdürsədə uşaqlığımın kəndi vardır!
Mənim Ata yurdum, Ana vətənim yardır!
Vətən sevgisin qorumaq mənə borc, ardır!
Sən Rauf Cavad xan nəzərim İsmayıllı!
       ...Müəllif:Rauf Cavad