Anacan (xalq mahnısı)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Wikipedia logo Anacan (xalq mahnısı) haqqında Vikipediyada məqalə var.

Mahnının sözləri[redaktə]

"Anacan"

Anacan, bağrımı qan eyləmişəm mən,
Gözlərimi giryan eyləmişəm mən.
Bir ala gözlü yarın eşqi yolunda,
Öz canımı qurban eyləmişəm mən.

Nəqarət:

Anacan, ağrın alım.
Anacan, başına dönüm
Qoy dolanım mən, mən, mən, mən.
Mənim öz sevgilimə
Heyran olum mən. mən, mən, mən.
Gülü xəndan kimidir yarın ləbləri,
Ceyrana bənzər onun ala gözləri.
İki kəlmə danışıb, ayrıldı məndən,
Əqlimi şur elədi şirin sözləri.