Anlamaq üçün insanı gərək dinləyəsən

Vikimənbə saytından
Hər baxışda, hər mənada, gizlidir hər insan (1994)
Müəllif: RAUF CAVAD

 Anlamaq üçün insanı gərək dinləyəsən,
Gözünü gözünə çox diqqətlə zilləyəsən.

Gözlər müəyyən zaman, dərin məna kəsb edir,
İnsanı düz anlamağa bəzən göz, qəsb edir.

İnsana Məna verən düz sözdü gözəl gözlər,
Dərindən dərindir gözlər, mənalı düz sözlər.

Əyrini düzdən ayırmağa lazımdı əməl,
Gizlidir gözlər əməl, ola əzəldən təməl.

Hər kəs baxsa çox, anlayarmı gözləri məgər?
Rüsvaydır gözəllik, Aşiq olsa gözlər əgər.

Eşq əməllə gözlər görsənir körpə ahü zar,
Fəda edib hər şeyi Şah Abbassu Ələmdar.

Hər baxışda, hər mənada, gizlidir hər insan!
Açmaq istəsən sirrin, böyük aləm-zər insan!

Axtarma mənalı gözlər, axmaq, gözdə azar,
Öncə xeyir əməl sonra Rauf gözlər, yazar!