Məzmuna keç

Anmamısın şol güni (sen), gözün nəsnə görməz ola

Vikimənbə saytından
Anmamısın şol güni (sen), gözün nəsnə görməz ola
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Anmamısın şol güni (sen), gözün nəsnə görməz ola,
Düşə surətün toprağa, dilün xəbər verməz ola.

Çün Əzrayil enə tuta, assı qılmaz ana-ata,
Kimsə döyməz o heybətə, xəlqdən mədəd irmez ola.

Oğlan gedər danişmana, seladur dosta-düşmana,
Sonra gəlmək peşimana sana assı qılmaz ola.

Əvvəl gərək şol yuyıcı ardınca şol su qoyıcı,
İlədüb kəfən sancı bunlar halun bilməz ola.

Ağac ata bindürələr, sindən yana göndərələr,
Yer altına endürələr, kimsə ayruq görməz ola.
 
Üç günədək oturalar, həb işini bitürələr,
Ol dəm dilə gətürələr, ayruq kimsə anmaz ola.

Yunus Miskin, bu ögüdi sen sana versən yeg idi,
Bu şimdiki məxluqata ögüt assı qılmaz ola.