Aparmağa gəlmişik
Görünüş
Aparmağa gəlmişik Müəllif: Şifahi xalq ədəbiyyatı |
Aparmağa gəlmişik,
Yar almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Qızıl güllər koldadır,
Əl çatmayan qoldadır.
Qız ürəyi döyünür,
Oğlan gözü yoldadır.
Qızın bəxti ağ olsun!
Qohumları sağ olsun!
Qızın getdiyi yollar,
Görüm çil-çıraq olsun.
Mənbə
[redaktə]- Xalq mahnıları. Bakı,2014, səh.17.