Arasında (Ağdabanlı şair Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Arasında
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Sevdiyim şamama bəslər,
Dolanar tağ arasında.
Xəstə düşsəm, könlüm istər,
Bir cüt nar, bağ arasında.

Canım eşq oduna yandı,
Sinən nazbalış, yorğandı,
Tüstüm asmana dayandı,
Bir qarlı dağ arasında.

Qulaç zülfünü hörsünlər,
Tovuztək bəzək versinlər,
Qoy Qurbanı öldürsünlər
Sinənin ağ arasında.