Ariflər
Görünüş
Ariflər Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Eşqin şərabından bir qətrə içən,
Əlbəttə, od tutub yanar, ariflər!
Gizlin sirri hər cahidə car açan,
Düşər etibardan kənar, ariflər!
Əvvəl ustadmdan dərsini alan,
Dünyanm varmı, yoxunu bilən,
Sərində bir zərrə kamalı olan,
Dediyindən necə dönər, ariflər?!
Məhəmməd də bilməz ömür yaşını,
Canıma salmısan eşq ataşmı,
Heç kəs qanmaz bu dünyanm işini,
Biri köçər, biri qonar, ariflər!