Məzmuna keç

Arizin görmək ilə tərk-i dil ü can etdim

Vikimənbə saytından
Arizin görmək ilə tərk-i dil ü can etdim
Müəllif: Hacı Abbas Agah
Mənbə: Ənvər Çingizoğlu. "Şuşa" qəzeti, 2007.

Arizin görmək ilə tərk-i dil ü can etdim,
Bağrımı ləblərinin şövqi ilə qan etdim.

Tərk-i can eyləyibən hüsnünə mayil oldum,
Oəmü dərdini könül şəhrinə mehman etdim.
 
Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,
Şükrlillah kim, onu tazə müsəlman etdim.
 
Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,
Zövq-i müjkanını dil dərdinə dərman etdim.
 
Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,
Didədən əşq sər-i kuyinə əfşan etdim.

Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,
Zülfünün şərhini sərdəftər-i divan etdim.

Küfr-i zülfünlə tutub üns könül müddətdir,
Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.

Görəli gün kimi rüxsarını min izzət ilə,
Gətirib mehrini dil mülkünə sultan etdim.

Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,
Bivəfa yar, səninlə belə peyman etdim?