Məzmuna keç

Arizindǝ sünbülün ǝnbǝrfişan etmiş durur

Vikimənbə saytından
Arizində sünbülün ənbərfişan etmiş durur
Müəllif: Şah İsmayıl Xətai




Arizindǝ sünbülün ǝnbǝrfişan etmiş durur,
Sanǝsǝn kim, ǝqrǝb ilǝ mǝhqıran etmiş durur.

Afǝrin, ol gül yanağlu dilbǝri-rǝnayǝ kim,
Hüsn bağında boyu sǝrvi-rǝvan etmiş durur.

Zǝrrǝmidir bilmǝzǝm, yaxud dǝhani dilbǝrin,
Sün ilǝn bir mumudur, yaxud miyan etmiş durur.

Qaş ilǝn gözmidir ol rüxsarın üstǝ, ey sǝnǝm,
Yoxsa dövran fitneyi-axır zaman etmiş durur.

Ey Xǝtai, ahuyi-könlün şikar etmǝkliyǝ,
Dǝsti-qüdrǝt kim, sǝni ǝbru kǝman etmiş durur.

Mənbə

[redaktə]