Arxında su yoxsa, qorxma, Xaqani
Görünüş
Arxında su yoxsa, qorxma, Xaqani Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Arxında su yoxsa, qorxma, Xaqani,
Güman ki. yenə də selin gələcək.
Çox da indi halın ağlar keçirsə,
Nəhayət, ürəyin bir gün güləcək.
Fələk şəfəqlərdən rəng ala-ala,
Qəddinə xələtlər biçib tikəcək.
Nura qərq edəndə Günəş aləmi,
Əzablı, qaranlıq gecən bitəcək.