Məzmuna keç

Arzu (Sooranbay Cusuyev)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Arzu
Müəllif: Sooronbay Cusuyev


Deyirlər qırx yaşı ötürsən də sən
Amma göz dəyməsin cavansan cavan.
Üzündə qırış yox, saçlarında dən,
De, necə olub ki, yaxşı qalmısan.

Bunun sirri yoxdur, deyirəm, vallah,
Axı burda nə var gizli saxlayım…
Şerdir ömrümün bəzəyər nurla,
Məni poeziya cavab saxlayır.

Kim daim gənc qalıb qoca cahanda,
Hamı qocalacaq, belədir, qardaş.
Qoy özüm qocalım vədə çatanda,
Amma şerim, sözüm qocalmasın kaş.